Alimlər: "Apofis" asteroidi 2068ci ildə Yer kürəsinə düşə bilər


Digərləri 18 Yan 2019 21:53:00 675 0

Alimlər: "Apofis" asteroidi 2068ci ildə Yer kürəsinə düşə bilər

"Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər.

Son.az report-a istinadən bildirir ki, bu xəbərdarlıqla Peterburq Dövlət Universitetinin alimləri çıxış ediblər.

Universitetin mütəxəssisləri bildiriblər ki, asteroidi Yer kürəsi ilə toqquşa bilər. Alimlərin sözlərinə görə, asteroid artıq 2029-cu ildə planetimizin təbii peyki olan Ayla məsafədən 10 dəfə yaxın olacaq.

Asteroidin Yer kürəsi ilə dəqiq təyin edilmiş ən sıx yaxınlaşması 13 aprel 2029-cu ildə baş tutacaq. Məlumata görə, həmin vaxt planetimizlə səma cismi arasında məsafə cəmi 38 min kilometr olacaq.