Azərbaycanı investorlar üçün cəlbedici ölkəyə çevirən şərtlər


Digərləri 18 Yan 2019 21:56:00 715 0

Azərbaycanı investorlar üçün cəlbedici ölkəyə çevirən şərtlər

Ekspertlər deyir ki, sərmayənin xarici ölkələrdən cəlb olunması həm də innovasiyanın, texnologiyanın inkişafına şərait yaradır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycanda inflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlətimizin başçısı deyib: "Əgər biz 2017-ci ilə nəzər salsaq, görərik ki, inflyasiya 12 faizdən çox idi, indi isə 2,3 faizdir. Manatın məzənnəsi sabitdir. Kənd təsərrüfatı 4,6 faiz artıb. Hesab edirəm ki, bu da yaxşı göstəricidir. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Çox böyük rəqəmdir və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Yəni bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə qalxmağımız, hesab edirəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaqdır". 

Maraqlıdır, ölkəmizi investisiya qoyuluşu üçün etibarlı və cəlbedici edən daha hansı amillər var. Ümumiyyətlə, daha hansı addımlar atılmalıdır ki, sərmayə qoyuluşunu artırmaq mümkün olsun? İqtisadiyyatın hansı sahəsinə investisiya qoyuluşu daha məqsədəuyğun və uğurlu olar?  Bu suallar ətrafında ekspertlərin fikirlərini öyrəndik.


Xəbərə aid fotolar