Ana qızını xilas etmək üçün böyrəyini verdi Bakıda uğurlu əməliyyat


Digərləri 18 Yan 2019 21:41:00 652 0

Ana qızını xilas etmək üçün böyrəyini verdi  Bakıda uğurlu əməliyyat

Azərbaycanda növbəti uğurlu böyrəkköçürmə əməliyyatı keçirilib.

Son.az bildirir ki, Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən medicina.az-a verilən məlumata görə, əməliyyat 28 yaşlı qadın pasiyent üzərində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya" şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Xəstənin donoru olan anası bütün tibbi göstəricilərə görə marginal (standartlara uyğun olmayan) donor olub. Ancaq buna baxmayaraq, cərrah-uroloq, nefroloqların birgə əməyi sayəsində əməliyyat uğurlu keçib.