Məşhur aktyorun nəvəsinin qatili azadlıqdan 20 il məhrum edilib FOTO


Digərləri 18 Yan 2019 21:47:00 580 0

Məşhur aktyorun nəvəsinin qatili azadlıqdan 20 il məhrum edilib  FOTO

Hollivud aktyoru Morqan Frimanın nəvəsi, aktrisa İ Dina Haynsı qətlə yetirmiş Lamar Davenport azadlıqdan 20 il müddətinə məhrum edilib.

Son.az report-a istinadən bildirir ki, bu barədə Manhetten dairəsinin prokuroru Sayrus Vens məlumat yayıb.

Bildirilir ki, 33 yaşlı qatil alkoqollu içkinin və narkotik maddənin təsiri altında 33 yaşlı dostu İ Dina Haynsı Vaşinqton-Haytsda qətlə yetirib. Nyu-York ştatının Ali Məhkəməsi 2018-ci ilin 7 mayında Davenportu qətldə təqsirkar bilib.


Xəbərə aid fotolar