Valideynlərin bu hərəkətləri uşaqları dəhşətə SÜRÜKLƏYİR Alimlərdən XƏBƏRDARLIQ


Digərləri 18 Yan 2019 21:10:00 655 0

Valideynlərin bu hərəkətləri uşaqları dəhşətə SÜRÜKLƏYİR  Alimlərdən XƏBƏRDARLIQ

Aparılan psixoloji tədqiqatlar nəticəsində müəyyən olub ki, insan həyatında ən ağır travma valideynlərinin onu başqalarının yanında aşağılamasıdır.

Son.az xəbər verir ki, alimlərin qənaətinə əsasən, beyin hər ağrı-acını sağalda və həzm edə bilər, yaşadığı hər bir hadisə ona təcrübə qazandırır. Amma həqarəti unuda və bağışlaya bilməz. Bu barədə tanınmış psixoloq Anna Kiryanova məlumat verib.

"Həqarət onunla fərqlənir ki, bu, cavabsız reaksiyadır. Cəmiyyət adətən cavab qaytara bilməyən gücsüz, dözmək və susmaq məcburiyyətində qalan insanları alçaldır. Sonra isə o insanlar ağlamağa və ya əksinə, axmaqcasına gülümsəməyə, öz-özünə danışmağa başlayır və günlərlə sinəsində ağrı hissi ilə gəzib dolaşır.

"Həyatda hər şey baş verir, oldu keçdi də... Hər kəsin gözü qarşısında alçaltdılar, döymədilər ki... Bir-birimizi alçaltdıq, qorxulu heç nə yoxdur" kimi sözlərlə özünüzə təsəlli verə bilərsiniz.

Dəhşətlisi odur ki, aşağılanan insanda daha sonra intihara meyillik və ya zehni pozğunluq meydana gələ bilər. Əgər o insanın psixikası möhkəmdirsə, onda bu qorxu ömür boyu onu tərk etməyəcək. Və şəxs aşağılandığını unutmaq üçün hər şeyi etməyə hazırdır, amma o anlar unudulmur. Çünki həqarət ən güclü və ağrılı psixotravmadır", - deyə psixoloq əlavə edib.