Həmkarları tərəfindən zorlandığını iddia edən qadın polis işdən çıxarıldı


Dünya 18 Yan 2019 21:13:00 432 0

Həmkarları tərəfindən zorlandığını iddia edən qadın polis işdən çıxarıldı

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin polis zabitlərini zorlamada ittiham edən qadın polis əməkdaşı ilə bağlı apardığı xidməti araşdırma başa çatıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, araşdırma həmin qadının polis zabitlərinə böhtan atdığını müəyyən edib.

Məlum olub ki, iki qadın polis əməkdaşı xidməti otaqda üç nəfər polis zabiti ilə spirtli içki məclisində iştirak edib. Sonra qadınlardan biri kişi həmkarları tərəfindən zorlandığını iddia edərək müvafiq qurumlara müraciət edib.

Hadisə 2018-ci ilin 31 oktyabr tarixində baş verib. İddialara əsasən, zorlama hadisəsi zamanı otaqda bir qadın olub. O biri qadın məclisi erkən tərk edib.