Dünyanın ən qeyriadi adamları


Digərləri 18 Yan 2019 20:44:00 647 0

Dünyanın ən qeyriadi adamları

Özünü başqa insanın və ya canlının yerində hiss etməyi bacaran, başqasının dərdinə şərik ola bilən adama empat deyilir. Empatiya qurmağı bacaran insan eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətinə malikdir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur.

Empat insanlar hər şeyi sizin gözlərinizlə görür, odur ki, onları aldatmaq üçün məntiqli yalan tapmağa zaman və enerji xərcləməyin.

Maraqlı fakt: ətrafdakıların duyğularını və emosiyalarını dəqiqliyi ilə hiss edən empat bir növ yalan dedekteridir. Onlar unikal bacarıqlarının köməyi ilə sizin həqiqəti söyləyib-söyləmədiyinizi dəqiq müəyyən etməyə qadirdir.

Empatlar ətrafdakı insanların duyğularını hiss edə bilir, ünsiyyət qurduqları bir insanın ümumi duyğusal vəziyyətini müəyyənləşdirir və dərdinə şərik olur. Bu qabiliyyət onun şəxslərarası zəkasını yeni səviyyəyə qaldırmağa kömək edir. Ancaq inkişaf etmiş empatiya qarşıdurmaya səbəb ola bilər. Məsələn, ətrafımızdakı insanlar, o cümlədən ən yaxın və əziz olanlar bəzən real hisslərini, duyğularını, niyyətlərini və məqsədlərini gizlədirlər. Empat onları dəqiq müəyyən edə bilər. Empat qarşısındakı insanın sevinc maskası altında gizlətməyə çalışdığı reallığı sezir.

O, sizin səmimi olacağınıza ümid edir, amma bu, baş vermir. Empat ilə sıx əlaqə qurmaq istəyirsinizsə, onunla həmişə dürüst olmaq yaxşıdır. Bu insanlar yalanı dərhal hiss edir. 

1. Onlar yalanı müəyyən edir

Qısqanclıq kimi güclü duyğular gizlətmək mümkün deyil. Daim gülümsəyərək xoşbəxt olduğunuzu göstərməyə çalışsanız belə, empatı aldatmağa müvəffəq olmayacaqsınız. Ondan bir şey gizlətdiyinizi qeyri-adi şəkildə hiss edir. Hər kəsi aldada bilərsiniz, ancaq empatı deyil.

2. Onlar gözəl bilir ki, hər şey dediyiniz kimi yaxşı deyil

Narahatlıq varsa, əsl empat bunu hiss edəcək. Ona min dəfə yaxşı olduğunu desəniz də, empatlar sizə inanmayacaq. Empatlar istəyir ki, ünsiyyət qurduqları insanlar onlarla mümkün olduğu qədər səmimi davransın. Birinə tamamilə güvənmək istəyirsinizsə, empata etibar edin.

3. Onlar sizin demədiyinizi də eşidir

Bu, həqiqətən belədir. Empatlar səsinizdəki titrəyişi, tembrdəki ən kiçik dəyişikliyi sezir. Bundan əlavə, empat sükutun da çox əhəmiyyətli olduğunu bilir. Empat səssizliyinizin nə ifadə etdiyini anlayır, bu sükutda yatan mənanı duyur.