Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib


Digərləri 18 Yan 2019 20:17:00 651 0

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3,0 faiz üstələyərək 37,1 milyard manata bərabər olub.

Son.az Trend-ə istinadən bildirir ki, ticarət dövriyyəsinin 18,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,4 faiz artıb.

2018-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.