"Golden Palm Awards" Azərbaycanda keçiriləcək


Kriminal 18 Yan 2019 19:57:00 622 0

"Golden Palm Awards" Azərbaycanda keçiriləcək

Dünyaca məşhur Mükafatlandırılma mərasimlərindən biri olan, "Golden Palm Awards" da Azərbaycanın iştirakı asanlaşıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə məlumatı təşkilatçı Aqil Məmiyev verib. O, yanvar ayının 4-dən, beynəlxalq mükaftlandırılma mərasiminin Azərbaycanda rəsmi təmsilçisdir. Bundan sonra Azərbaycanın uğurlu incəsənət nümayəndələri, İctimai və Biznes sektorun nümayəndələri beynəlxalq mükafata asanlıqla namizədliyini irəli sürə bilər. Aqil Məmiyev qeyd edib ki, Qızıl Palma Mükafatları tezliklə ölkəmizdə də keçrilməsi planlaşdırılır.

6-cı "Golden Palm Awards" mükafatları 25 mart tarixində, Türkiyənin İstanbul şəhərində Raffles İstanbul otelində keçriləcək. Gecənin ulduz qonaqları arasında Türkiyə ulduzları ilə yanaşı avropa ulduzları da mükafatçılar arasındadır. Keçən il isə bu mükafata Faydee ve Kate Linn kimi ulduzlar sahib olub.


Xəbərə aid fotolar