“Ümid Beynəlxalq İncəsənət Müsabiqəsi” keçirildi


Kriminal 18 Yan 2019 19:47:00 508 0

“Ümid Beynəlxalq İncəsənət Müsabiqəsi” keçirildi

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında "Ümid Beynəlxalq İncəsənət Müsabiqəsi" keçirildi.

Son.az Trend-ə istinadən bildirir ki, Jam Group müsabiqəyə təşkilatı dəstək verib. 

"Müsabiqə incəsənət və rəqs növləri üzrə keçirilmişdir. Ölkəmizin bölgələrindən və qonşu ölkələrdən Türkiyə, Gürcüstandan yarışmaya qatılan iştirakçılar vardı. Bütün iştirakçıları təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram. Bununla yanaşı daima əziyyətlərini çəkən, onlara bu sahələri öyrədən, bu cür istedadlı, bacarıqlı uşaq və gənclər yetişdirdikləri üçün bəddi rəhbərlərə təşəkkür edirəm. Ədalətli seçimlər etdikləri və dəvətimizi qəbul edib gəldikləri üçün Əməkdar artist adını almış, görkəmli incəsənət xadimləri olan münsiflər heyətinə də təşəkkür edirəm" - deyə bildirdi ARA-nın prezidenti və AGİ-nin idarə heyətini üzvi Əziz Əzizov.