Kürdəmir sakini maşının altında qaldı


Digərləri 18 Yan 2019 19:47:00 643 0

Kürdəmir sakini maşının altında qaldı

Kürdəmir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Kürdəmir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 17-də saat 21 radələrində Kürdəmir şəhərinin ərazisində Cəbrayıl rayon sakini Ruzigar Həsənli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Atakişili kənd sakini Valeh Zərbəliyevi vurub və zərbədən piyada əks istiqamətdə hərəkətdə olan Naxçıvan şəhər sakini Tərlan Eyyubovun idarə etdiyi “KİA” markalı avtomobilin altına düşüb və hadisə yerində ölüb.