Xətai və Nəsimidə avtomobillərdən oğurluq edənlər saxlanılıblar


Digərləri 18 Yan 2019 19:09:00 541 0

Xətai və Nəsimidə avtomobillərdən oğurluq edənlər saxlanılıblar

Paytaxtın Xətai və Nəsimi rayonları ərazilərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Bakı. Paytaxtın Xətai və Nəsimi rayonları ərazilərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2107” və “Opel” markalı avtomobillərdən pul və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəhim Ələkbərov saxlanılıb. Polis əməkdaşları tərəfindən onun törətdiyi digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində daha 5 avomobildən pul, məişət və geyim əşyaları oğurlaması da müəyyən edilib.