Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır


Digərləri 18 Yan 2019 19:00:00 683 0

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək elektron sınaq imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 19-u saat 9-da başa çatacaq.

Bakı. Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək elektron sınaq imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 19-u saat 9-da başa çatacaq. Mərkəzdən Trend-ə verilən məlumata görə, sınaq imtahanı dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədi daşıyır. İmtahan AA, AB, AC, BA, BB qrupları üzrə yanvarın 19-u saat 10-da keçiriləcək.