Sabri Sarıoğluna daha bir zərbə
Digərləri 18 Yan 2019 18:59:00 740 0
Futbolçu Sabri Sarıoğlu bir il əvvəl açdığı eynək mağazasını bağlamağa məcbur qalıb.
Son.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb futbolçunun məkanın aylıq pulunu ödəyə bilməməsidir.
İş həyatında problemlər yaşayan Sabrinin həyat yoldaşın Yağmur Sarıoğlundan da boşanacağı haqda iddialar yayılıb.
Yağmurun bir müddət əvvəl qardaş və bacısı ilə birgə Amerikada ev axtarması isə diqqətlərdən qaçmayıb. Lakin cütlük bu barədə heç bir açıqlama verməyib.
Mənbə: milli.az