İran Suriyadakı partlayışda Polat Alemdarı günahlandırdı


Dünya 18 Yan 2019 18:47:00 458 0

İran Suriyadakı partlayışda Polat Alemdarı günahlandırdı

Iranin "Press TV" xəbər agentliyi Suriyada baş verən partlayışla bağlı yeni məlumat yayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, agentliyin məlumatında 5-i amerikalı əsgər olan 20 nəfərin həlak olması ilə nəticələnən bombalı hücuma görə Polad Alemdar rolu ilə məşhurlaşan aktyor Necati Şaşmazın fotosunu paylaşıb.

"Press TV" Necati Şaşmazı Türkiyə Kəşfiyyat Qurumunun agenti kimi göstərən saxta paylaşım edərək Münbiç hücumuna görə "MİT"i (Milli İstihbarat Teşkilatı) ittiham edib və PKK-nın yalanını dəstəkləyib.