Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin qurbanları yad edilib (FOTO)


Digərləri 18 Yan 2019 18:14:00 651 0

Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin qurbanları yad edilib (FOTO)

Şərqşünaslıq İnstitutunda 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı faciədə şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xatirəsi yad edilib.

Bakı. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı faciədə şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xatirəsi yad edilib. İnstitutdan Trend-ə verilən məlumata görə, 20 Yanvar faciəsinin 29-ci ildönümünə həsr edilmiş tədbirdə çıxış edən millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixi olduğunu qeyd etdi: “Həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxdı. Böyük imperiyanın hərbi maşını Azərbaycana təcavüz etmişdi. Ağır hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxmaq fədailik idi. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar. Bu qanlı hadisələrdə xalqımız 132 şəhid verdi, 700-ə yaxın insan yaralandı”.