“Silk Way” sərnişinin həyatını xilas etmək üçün əlverişsiz hava şəraitində uçuş həyata keçirdi


Digərləri 18 Yan 2019 18:07:00 621 0

“Silk Way” sərnişinin həyatını xilas etmək üçün əlverişsiz hava şəraitində uçuş həyata keçirdi

"Silk Way Helicopter Services" (SWHS MMC) gecə saatlarında, əlverişsiz hava (qasırğa) və məhdud görüntü şəraitində xəstə sərnişinin təcili tibbi təxliyəsi üçün "Şahdəniz Bravo" platformasına uçuş həyata keçirmişdir.

Şirkətin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, uçuş bütün struktur bölmələrin ahəngdar fəaliyyəti və aviaşirkətin pilotlarının peşəkarlığı sayəsində müvəffəqiyyətlə yerinə yetirilmişdir.

Sərnişin uğurlu şəkildə xəstəxanaya çatdırılmışdır və həyatı üçün heç bir təhlükə yoxdur.