Azərbaycan klubları UEFA-dan 20 milyon avro qazandı


İdman 18 Yan 2019 17:34:00 631 0

Azərbaycan klubları UEFA-dan 20 milyon avro qazandı

Azərbaycan klubları UEFA-dan 20 milyon avro vəsait əldə edib.

Bu barədə Avropa futbol qurumunun 2017-ci ili əhatə edən hesabatında bildirilir. Azərbaycan bu göstərici ilə klubları avrokuboklarda əldə etdikləri nəticələrə görə ən çox pul qazanan ölkələrin “Top-20”də qərarlaşıb.

2016-cı illə müqayisədə, Azərbaycan klublarının UEFA-dan ümumi gəlirində 103 faiz artım olub ki, bu da “Qarabağ”ın ölkə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlıdır. Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin pley-off və qrup mərhələsində çıxışına 16 milyon 819 min avro mükafat alıb.

İsə 2017-ci ildə Avropa futbol qurumu tərəfindən Azərbaycan klublarına ayrılan pulun 91 faizi Qarabağ-a çatıb. Hesabatda bildirilir ki, həmin dövrdə Odlar Yurdu təmsilçilərinin qazancının 59 faizini UEFA-dan gələn vəsait təşkil edib.