Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda ehtiyatlı olun, buz bağlayıb


Digərləri 18 Yan 2019 17:39:00 671 0

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda ehtiyatlı olun, buz bağlayıb

Havaların şaxtalı keçməsi yollarda hərəkəti çətinləşdirib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistralında qar və şaxtalı hava gediş-gəlişdə çətinliklər yaradıb. Xüsisilə gecə saatlarında yolların buz bağlaması və dumanlı hava şəraiti sürücülərə çətin anlar yaşadıb.

Sürücü: "Bakıdan gəlirik, müəyyən yerlərdə buzlanma və bir qədər də duman var. Sürücülərdən xahiş edərdim ki, ehtiyatlı olsunlar".

Sürücü: "Qobustan ərazisində duman var. Gecə saatlarında buzlanma güclənə bilər, sürücülər diqqətli olsun".

7 nömrəli Yol İstismar İdarəsi gücləndirilmiş iş rejiminə keçib. İdarənin canlı qüvvəsi və texnikaları əraziyə cəlb edilib. Yollarda təmizlənmə işləri aparılır. Qum, duz qarışığı səpilir. Xüsusilə ən təhlükəli nöqtələrdə 3-5 metr ara məsafəsi qoyulmaqla çınqıl ehtiyatı saxlanılır. 

Rauf Hüseynov - Yol İstismar MMC-nin sahə rəisi: "Qərargah yaradılıb, bütün işçi qüvvəmiz, həmçinin texnikalardan istifadə edərək yollarda nəqliyyatın hərəkətinə çətinlik yarada biləcək maneələrin aradan qaldırılması üçün var qüvvəmizlə çalışırıq".


Xəbərə aid fotolar