Binədə avtobusun qatarla toqquşmasına görə sığorta ödənişlərinin verilməsinə başlanıldı


Digərləri 18 Yan 2019 16:34:00 698 0

Binədə avtobusun qatarla toqquşmasına görə sığorta ödənişlərinin verilməsinə başlanıldı

Ötən il oktyabrın 1-də Bakıda qatarla sərnişin daşıyan avtobusun toqquşması nəticəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişlərinin verilməsinə başlanılıb.

Son.az xəbər verir ki, bu barədə report-a sığorta şirkətindən daxil olan məlumatda bildirilir.

Xatırladaq ki, sığorta hadisəsi paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində, Ə.İsazadə küçəsində dəmir yolu keçidində baş verib. Yol qəzası zamanı avtobus sürücü ilə birlikdə avtobusda cəmi 42 nəfər olub, onlardan 3-ü ölüb, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.