Nurməhəmmədovun məşqçisi revanş istəyir


İdman 18 Yan 2019 16:32:00 508 0

Nurməhəmmədovun məşqçisi revanş istəyir

Həbib Nurməhəmmədovun məşqçisi Xavyer Mendes maraqlı açıqlama edib.

Goal.az xəbər verir ki, məşqçi yetirməsinin Konor Makqreqorla revanş dötüşünü dəstəkləyir. “Revanşın olmasını istəyirəm. Düzü, bu döyüşə qazanc mənbəyi kimi baxıram. MMA-da heç bir qarşılaşma Həbib-Konor döyüşündən çox pul qazandıra bilməz. Bəlkə də Həbibin başqa planı var. Ola bilsin Ferqussonla qarşılaşmaq istəyir. Bütün hallarda yanvarın 29-na qədər gözləmək lazımdır. UFC həmin gün qərar verəcək. Həbiblə Konorun cərimələnəcəyini , yaxud rinqdən birdəfəlik uzaqlaşdırılacağını yaxında biləcəyik. Konorun işləri yaxşı gedir. Viski satışından kifayət qədər pul qazanır. İmkanı genişdir. Revanşın Texasdakı “Kovboys” arenasında keçirilməsini istərdim. Bura 105 min azarkeş tutur. Bənzərsiz şou üçün əla yerdir”, - Mendes bildirib.

Xatırladaq ki, Həbib-Konor döyüşü ötən ilin oktyabrında olub. Nurməhəmmədov məşhur rəqibini 4-cü raundda boğucu fəndlə məğlub edib. Yarış başa çatandan sonra döyüşçülərin tərəfdarları arasında dava düşüb.