ƏƏSMN-də 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)


Digərləri 18 Yan 2019 16:10:00 398 0

ƏƏSMN-də 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində anım tədbiri keçirilib.

Bakı. 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) anım tədbiri keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, 1990-cı ilin 20 Yanvar günü xalqımızın tarixinə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə günü kimi yazılıb. Azərbaycanda istiqlaliyyət uğrunda getdikcə güclənən mübarizənin qarşısını almaq üçün keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam törətdi. Faciədən bir gün sonra, yanvarın 21-də ümummilli lider Heydər Əliyev böyük cəsarət və öz xalqına sonsuz bağlılıq hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı dəhşətli cinayətini kəskin şəkildə pisləyən, günahkarların cəzalandırılması tələbini irəli sürən bəyanatla çıxış edib. Bu tarixli bəyanat həm də faciəyə verilən ilk siyasi qiymət idi. M.Kərimli 1990-cı ilin yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi, 20 Yanvar gününün Ümumxalq hüzn günü kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi istiqamətində Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Şəhidlər Xiyabanının vahid kompleks kimi yenidən qurulduğunu, Bakıda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradıldığını vurğulayıb.