Komitə sədri faktları açdı: "Orqan transplantasiyasına ehtiyacı olan insanlar..."


Digərləri 18 Yan 2019 16:09:00 457 0

Komitə sədri faktları açdı: "Orqan transplantasiyasına ehtiyacı olan insanlar..."

"Reproduktiv sağlamlıq haqqında", "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında, "Optika və optikaçılıq haqqında qanun layihələrinin parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Ə.Əmiraslanov qeyd edib ki, "Reproduktiv sağlamlıq haqqında" qanunu ilə bağlı bəzi deputatların iradları olub: "Onların iradlarında obyektiv səbəblər də var idi. Amma subyektiv səbəblər də çox idi. Biz qanun layihəni yenidən işlədik. Qanun layihəsi elə bir səviyyəyə gətirilib çatdırılıb ki, o, artıq müzakirə oluna bilər. Indi bu qanunun əleyhinə olan bir qurum yoxdur".

Komitə sədri əlavə edib ki, bu layihədə yalnız ekstrakorporal mayalanma söhbət getmir: "Bu məsələ həmin qanunun cüzi bir hissəsidir. Bu qanun layihəsi ümumilikdə qadınlarımızın sağlamlığına yönəlib.