Sabiq həmsədr: Azərbaycan və Ermənistan əhalisinin kompromis qərarın qəbuluna hazırlanması çoxdandır ki, çatışmayan komponentdir


Digərləri 18 Yan 2019 15:39:43 417 0

Sabiq həmsədr: Azərbaycan və Ermənistan əhalisinin kompromis qərarın qəbuluna hazırlanması çoxdandır ki, çatışmayan komponentdir

Azərbaycan və Ermənistan əhalisinin kompromis qərarın qəbuluna hazırlanması çoxdandır ki, çatışmayan komponentdir.

Bakı. Ləman Zeynalova - Ermənistan və Azərbaycan əhalisinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanması prosesində istənilən kompromis qərarın qəbuluna hazırlanması çoxdandır ki, çatışmayan komponentdir. Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Kerri Kavano öz “Twitter” səhifəsində yanvarın 16-sı Parisdə Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekununda verilmiş bəyanatı şərh edərkən yazıb. Öz növbəsində, britaniyalı politoloq Tomas de Vaal qeyd olunan bəyanatı müsbət qiymətləndirib.