Komitə sədri: Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyərək həyatlarını itirirlər


Digərləri 18 Yan 2019 15:26:00 299 0

Komitə sədri: Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyərək həyatlarını itirirlər

Bir sıra qanun layihələrinin parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva - “Reproduktiv sağlamlıq haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında, “Optika və optikaçılıq haqqında qanun layihələrinin parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Ə.Əmiraslanov qeyd edib ki, “Reproduktiv sağlamlıq haqqında” qanunu ilə bağlı bəzi deputatların iradları olub: “Onların iradlarında obyektiv səbəblər də var idi. Amma subyektiv səbəblər də çox idi. Biz qanun layihəni yenidən işlədik. Qanun layihəsi elə bir səviyyəyə gətirilib çatdırılıb ki, o, artıq müzakirə oluna bilər. Indi bu qanunun əleyhinə olan bir qurum yoxdur”.