"Qırmızı Körpü"də avtomobildə qanunsuz yolla keçirilən spirtli içki və siqaretlər aşkarlanıb (FOTO)


Digərləri 18 Yan 2019 14:26:04 287 0

"Qırmızı Körpü"də avtomobildə qanunsuz yolla keçirilən spirtli içki və siqaretlər aşkarlanıb (FOTO)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxışdan əvvəl vətəndaş ona məxsus avtomobildə gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlaması zamanı avtomobilin yük yerində - ehtiyat təkər olan hissədə 20 ədəd 1 litrlik "Nemiroff Delicat" adlı spirtli içki, 5200 ədəd "Gold Marlboro Edge" və 800 ədəd "Parliament Super Slims" markalı siqaretlər aşkar olunub.