FİFA prezidentindən DÇ-2022 üçün yeni təklif


İdman 18 Yan 2019 13:53:00 638 0

FİFA prezidentindən DÇ-2022 üçün yeni təklif

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında 48 komanda mübarizə apara bilər.

Goal.az xəbər verir ki, məlumatı FİFA prezidenti Canni İnfantino verib. Beynəlxalq qurumun rəhbəri deyib: “Düşünürdük ki, Qətərdə 32 komanda yarışsın. İştirakçı sayını DÇ-2026-da 48-ə çatdırmağı planlaşdırırdıq. Federasiyaların əksəriyyəti bu ideyanın Qətərdə həyata keçirilməsini arzulayır. Lakin təşkilatçı ölkənin imkanlarını da nəzərə almaq lazımdır. Qətərdə 48 komanda ilə yarışmaq çətin olacaq. Matçların bir neçəsini qonşu ölkələrdə təşkil etməklə problemi həll edə bilərik. Hesab edirəm ki, ən ideal variant budur”.