"PAŞA Bank Euromoney" Mərkəzi və Şərqi Avropa Forumunda iştirak edib


Digərləri 18 Yan 2019 13:42:36 390 0

"PAŞA Bank Euromoney" Mərkəzi və Şərqi Avropa Forumunda iştirak edib

Avstriyanın paytaxt şəhəri Vyanada 15-16 yanvar tarixlərində növbəti Euromoney Mərkəzi və Şərqi Avropa Forumu təşkil olunub.

Bakı. Avstriyanın paytaxt şəhəri Vyanada 15-16 yanvar tarixlərində növbəti Euromoney Mərkəzi və Şərqi Avropa Forumu təşkil olunub. Öncəki illərdə olduğu kimi, bu il də bu mötəbər tədbir nüfuzlu emitentlər, investorlar, maliyyə institutları, aparıcı banklar və dövlət rəsmilərini bir araya gətirərək Mərkəzi və Şərqi Avropa ölkələrində cərəyan edən önəmli hadisələr, bazar trendləri və perspektivlər barədə fikir mübadilələri aparıb.