"Standard & Poor’s" PAŞA Bank-ın yüksək reytinqini növbəti dəfə təsdiq edib


Digərləri 18 Yan 2019 13:47:00 251 0

"Standard & Poor’s" PAŞA Bank-ın yüksək reytinqini növbəti dəfə təsdiq edib

"Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank-ın yüksək reytinqini növbəti dəfə təsdiq edib.

Bakı. "Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank-ın yüksək reytinqini növbəti dəfə təsdiq edib. Belə ki, emitentin defoltunun uzunmüddətli reytinqi ("EDR") "ВВ-" səviyyəsində, qısamüddətli EDR - "B" səviyyəsində təsdiq olunub. Reytinqin təsdiqi, korporativ kreditləşmə seqmentində PAŞA Bank-ın bazar payının, oxşar maliyyə institutları ilə müqayisədə coğrafi diversifikasiya göstəricilərinin, bank aktivlərinin keyfiyyətinin və digər əsas göstəricilərin qiymətləndirilməsinə əsaslanır. PAŞA Bank-ın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib ki, "Standard & Poor's" agentliyi tərəfindən yüksək reytinqin növbəti dəfə təsdiqlənməsi Bankın beynəlxalq ekspertlər icması arasında Azərbaycanın aparıcı maliyyə qurumlarından biri kimi qəbul edildiyini bir daha sübuta yetirir: