Barcelona Los-Anceles-lə razılaşa bilmir


İdman 18 Yan 2019 13:32:00 614 0

Barcelona Los-Anceles-lə razılaşa bilmir

Barcelona hücum xəttini güclənditməyə çalışır.

Goal.az Footbal Espana nəşrinə istinadən xəbər verir ki, klub Los-Anceles-dən Karlos Velanı gətirməyi düşünür. Katalonlar meksikalını mövsümün sonunadək icarə əsasında heyətə qatmağı nəzərdə tutur. Lakin Los-Anceles razılaşmır. Amerika klubu tam transfer tələb edir.

29 yaşlı Vela karyerasına 2005-də Arsenal-da başlayıb. Bir müddət Celta, OsasunaWest Bromwich Albion-da icarə əsasında forma geyinib. 2011-də Real Sociedad-a keçib. 6 burada oynadıqdan sonra Los-Anceles-lə sövdələşmə imzalayıb.