Qaradağda 17 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO)


Digərləri 18 Yan 2019 13:29:56 381 0

Qaradağda 17 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO)

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.

Bakı. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 15-də Bakı-Qazax yolunun 36-cı kilometrliyində Sahil qəsəbəsi ərazisindəki YPX postunda Bakı şəhər sakini olan T.Kərimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.