Emer Özilin Arsenal-dan ayrılacağına inanmır - açıqlama


İdman 18 Yan 2019 13:14:00 691 0

Emer Özilin Arsenal-dan ayrılacağına inanmır - açıqlama

Arsenal-ın baş məşqçisi Unai Emeri yarımmüdafiəçi Mesut Özildən danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı futbolçunun komandaya lazım olduğunu deyib.

“Özil zədəli idi. Bəzən bu normal hal kimi dəyərləndirilir, bəzən isə yox. İstəyirəm ki, bütün futbolçular normal vəziyyətdə olsun. O cümlədən Özil. Əvvəlki matçda oynamadı. Amma sabah Chelsea oyununda heyətdə ola bilər. Müntəzəm məşq edir. Özilin Arsenal-dan ayrılacağına inanmıram. Bizə lazımdır. Bir neçə oyunda komandaya maksimum kömək edib. Məni indi onun komandaya növbəti matçlarda necə kömək edəcəyi düşündürür. Ayrılığı yox”, - Emeri bildirib.