Real hamıdan çox xərclədi


İdman 18 Yan 2019 12:51:00 586 0

Real hamıdan çox xərclədi

UEFA qitənin aparıcı klublarının 2017-ci ildə futbolçularına verdiyi məvacibin hesabatını açıqlayıb.

Goal.az xəbər verir ki, Avropa futbol təşkilatının hesabatında Madrid Real-ının hamıdan çox pul xərclədiyi bildirilir. “Kral klubu” məvaciblərə 406 milyon avro ödəyib. Əvvəlki illərlə müqayisədə artım 32 faiz təşkil edib. İkinci pillədə Barcelona yer alır. Kataloniyalılar 378 milyon avro (artım 2 faiz) xərcləyib. Siyahıda üçüncü olan Manchester City əldə etdiyi qazancdan futbolçularına 334 milyon avro ödəyib (artım14 faiz).