Bakıda telefon və geyim mağazasından oğurluq etmək istəyən yeniyetmə tutulub (FOTO)


Digərləri 18 Yan 2019 12:56:25 546 0

Bakıda telefon və geyim mağazasından oğurluq etmək istəyən yeniyetmə tutulub (FOTO)

Geyim və mobil telefonların satışı mağazasından oğurluq etmək istəyən şəxs mühafizə polisləri tərəfindən cinayət başında saxlanılıb

Bakı. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi etibarlı şəkildə təmin olunur. Nazirlikdən Trend-ə verilən məlumata görə, gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan mağazalardan Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarə əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və hər iki obyektin giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən Teymur Cəfərov hadisə yerində saxlanılıb. Hadisəni törədən şəxs saxlanılıb aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin yetkinlik yaşına çatmadığı məlum olub. Faktla bağlı başlanan araşdırmalar davam etdirilir.