Ermənistanın rüşvətxorluqda təqsirləndirilən keçmiş nazir axtarışa verilib


Dünya 18 Yan 2019 12:44:00 433 0

Ermənistanın rüşvətxorluqda təqsirləndirilən keçmiş nazir axtarışa verilib

Ermənistanın keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyan barəsində axtarış elan edilib.

Son.az report-a istinadən xəbər verir ki, bunu ölkənin Xüsusi İstintaq Xidmətindən bildiriblər. 

Keçmiş nazir böyük məbləğdə rüşvət almaqda ittiham olunur. O, 2007-ci ildə sahibkar Silva Ambartsumyana 10 xüsusi lisenziya verərək, ondan 14 milyon dollar rüşvət tələb edib. Sahibkar bu məbləğin 6 milyon dollarını tanışları vasitəsi ilə nəğd şəkildə verib.