"Azərişıq": Ölkədə elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb


Digərləri 18 Yan 2019 12:47:00 692 0

"Azərişıq": Ölkədə elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb

Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, qurumun əməkdaşları elektrik enerjisinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüblər: "Hazırda Bakı şəhəri və bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün "Azərişıq" ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər. Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib".