“Human Rights Watch” Ermənistanda insan hüquqları sahəsində problemlər haqqında:


Dünya 18 Yan 2019 12:06:30 452 0

“Human Rights Watch” Ermənistanda insan hüquqları sahəsində problemlər haqqında:

Ermənistanın yeni hökuməti bütün saxlanılan şəxslərin hüquqlarına hörmət etməli və məhkəmə orqanlarının müstəqilliyini təmin etməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Human Rights Watch" təşkilatının "World Report 2019" hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, yeni hökumət 2008-ci ilin martında baş vermiş toqquşmalarla bağlı araşdırmaları bərpa edib və o dövrün prezidenti Robert Koçaryan və iki komandir barəsində ittihamlar irəli sürüb.

Hesabata əsasən, Ermənistanda insan hüquqları ilə bağlı problemlər arasında məişət zorakılığı, cinsi azlıqlara qarşı zorakılıq və ayrı-seçkilik, fiziki məhduiyyətli uşaqların keyfiyyətli təhsilə çıxış imkanlarının azlığı yer alır.