Nazirlik faktiki hava şəraitini açıqladı


Digərləri 18 Yan 2019 12:09:02 585 0

Nazirlik faktiki hava şəraitini açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazində müşahidə olunmuş faktiki hava ilə bağlı məlumatı açıqlayıb.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazində müşahidə olunmuş faktiki hava ilə bağlı məlumatı açıqlayıb. Nazirliyin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 17-dən 18-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış yağıb, bəzi yerlərdə sulu qar və qara keçib, bəzi şərq rayonlarında intensiv olub. Bakıda və Abşeron yarımadasında əsən güclü şimal-qərb küləyi şiddətlənib.