ABŞda azərbaycanlı iş adamını öldürən şəxsin görüntüsü yayıldı VİDEO


Kriminal 18 Yan 2019 11:52:50 595 0

ABŞda azərbaycanlı iş adamını öldürən şəxsin görüntüsü yayıldı  VİDEO

ABŞ polisi Şimali Karolina ştatının Şarlotta şəhərində mobil telefon dükanının sahibi olan 29 yaşlı azərbaycanlı Elçin Xəlilovu öldürən şəxsin görüntüsünü yayıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar heç kimi həbs etməyib.

Hazırda şübhəli şəxsin axtarışları davam edir.

Xatırladaq ki, yanvarın 14-də yerli vaxtla saat 11:00 radələrində Şarlotta şəhərində telefon təmiri və satışı ilə məşğul olan həmyerlimiz 17.06.1989-cu il təvəllüdlü E.Xəlilov mağazaya naməlum şəxslərin silahlı basqını nəticəsində həyatını itirib.

Silahlı şəxs dükana nağd pul və mobil telefonlar üçün basqın etsə də, bu, E.Xəlilovun boynundan güllə yarası alaraq ölməsilə nəticələnib.