Borca görə axtarışda olan 9 nəfər tutuldu


Digərləri 18 Yan 2019 11:54:00 672 1

Borca görə axtarışda olan 9 nəfər tutuldu

Yanvarın 17-dən 18-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 23-ü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.