Şənbə günü dərs olacaq?


Digərləri 18 Yan 2019 11:10:09 565 0

Şənbə günü dərs olacaq?

Azərbaycanda 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da - şənbə günü dərs olacaq.

Son.az xəbər verir ki, bunu report-a cavab olaraq Təhsil Nazirliyindən bildiriblər. 

Qeyd olunub ki, təhsil naziri Ceyhun Bayramovun "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə" əmri yanvarın 17-18-inə aiddir: "Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam edəcək".