Mourinyo: “Salahın transferi ilə bağlı yalan danışırlar"


İdman 18 Yan 2019 11:13:00 609 0

Mourinyo: “Salahın transferi ilə bağlı yalan danışırlar"

Chelsea-nın keçmiş baş məşqçisi Joze Mourinyo klubun hücumçusu Məhəmməd Salahın 2015-də Roma-ya transferindən danışıb.

Goal.az xəbər verir ki, klubun sabiq çalışdırıcısı keçiddə heç bir rolunun olmadığını deyib.

“Salahın transferi ilə bağlı yalan danışırlar. Hamı məni qınamağa cəhd edir. Həqiqət belə deyil. Salahı Chelsea-ya mən gətirmişəm. Basel-lə oyunda onu gördüm. Rəhbərlikdən xahiş etdim ki, bu futbolçunu alsınlar. Həmin vaxt Hazard və Villian bizə bəs edirdi. Amma Salahın keçidini israrla istəyirdim. Dediyim kimi, Salahı mən gətirmişəm. Onu Chelsea satıb. Mən yox”, - Mourinyo bildirib.

Hücumçu ötən mövsüm İngiltərə çempionatının bombardiri olub. Liverpool-da iştirak etdiyi 36 matçda 32 qola imza atıb. Bu mövsüm misirli hücumçu Pyer-Emerike Obameyanq (Arsenal) və Qarri Keynlə (Tottenham) rəqabət aparır. Hər üçü aktivinə 14 qol yazdırıb.