Güclü külək bəzi məktəblərə ziyan vurub


Digərləri 18 Yan 2019 10:49:00 586 0

Güclü külək bəzi məktəblərə ziyan vurub

Yanvarın 17-si güclü külək nəticəsində paytaxtdakı bəzi ümumi təhsil müəssisələrinə müəyyən dərəcədə ziyan dəyib.

Bakı. İlhamə İsabalayeva - Yanvarın 17-si güclü külək nəticəsində paytaxtdakı bəzi ümumi təhsil müəssisələrinə müəyyən dərəcədə ziyan dəyib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 188 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi güclü külək nəticəsində uçub. Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır. Güclü külək nəticəsində 97, 165, 228 nömrəli tam orta məktəblərin dam örtüyü müəyyən dərəcədə zədələnib, 197 nömrəli tam orta məktəbin qazanxanasının dam örtüyünün bir hissəsi uçub, 139 nömrəli tam orta məktəbin idman zalının pəncərəsi, bəzi məktəblərdə bir neçə sinif otağının pəncərəsi sınıb, 126, 14, 253 nömrəli tam orta məktəblərin ərazisində olan bir neçə ağac aşıb. Xəsarət alan olmayıb, hazırda həmin ərazilər nəzarətdə saxlanılır.