İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik (FOTO)


Digərləri 18 Yan 2019 10:20:00 596 0

İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik (FOTO)

Xarici işlər nazirinin müavini Ramiz Həsənov İndoneziya Xarici İşlər Nazirliyinin Siyasət Təhlil və İnkişaf Agentliyinin (PADA) baş direktoru Sisvo Pramononun (Siswo Pramono) başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bakı. Xarici işlər nazirinin müavini Ramiz Həsənov İndoneziya Xarici İşlər Nazirliyinin Siyasət Təhlil və İnkişaf Agentliyinin (PADA) baş direktoru Sisvo Pramononun (Siswo Pramono) başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, R.Həsənov Azərbaycan və İndoneziya arasında siyasi münasibətlərin cari vəziyyətindən məmnunluğunu ifadə edib. Nazir müavini SOCAR-ın İndoneziyadakı fəaliyyətini yüksək qiymətləndirərək, iki ölkənin mövcud potensialını nəzərə alaraq, iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bu xüsusda nazir müavini R.Həsənov müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Öz növbəsində indoneziyalı diplomat iki ölkə arasında siyasi sahədə mövcud olan münasibətlərdən razılığını ifadə edərək, ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.