Bakıda işdən evə qayıdan qadını küçədə zorladılar


Digərləri 18 Yan 2019 10:14:00 644 0

Bakıda işdən evə qayıdan qadını küçədə zorladılar

Bakının mərkəzində, küçənin ortasında 30 yaşlı paytaxt sakini zorlanıb. 

Son.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, cinayət yanvarın 15-dən 16-na keçən gecə, saat 01:00 radələrində Nizami küçəsində, 149 nömrəli evin (italyan həyətində olan köhnə bina) həyətində baş verib.

Naməlum kişi gecə işdən evə gələn qadına (etik məsələlərə görə ad yazmırıq) hücum edib.

Zərərçəkənin kafedə qabyuyan işlədiyi bildirilir.

Təcavüzkar öz qurbanına bədən xəsarətləri yetirib və onu zorlayıb. Bu vaxt yaxınlıqda post-patrul xidmətinin əməkdaşları olub. 

Polislər qadının qışqırıq səslərini eşidərək onun köməyinə tələsiblər. Asayiş keşikçilərini görən təcavüzkar qaçmağa başlayıb, lakin polislər onu saxlayıblar.