Azərbaycanın Moskvadakı səfirliyinə Rusiya XİNdən heç bir nota daxil olmayıb


Siyasət 18 Yan 2019 09:30:00 649 0

Azərbaycanın Moskvadakı səfirliyinə Rusiya XİNdən heç bir nota daxil olmayıb

Rusiya Xarici İşlər Nazirliyindən (XİN) Azərbaycanın Moskvadakı səfirliyinə heç bir nota daxil olmayıb.

Son.az xəbər verir ki, bunu report-a cavab olaraq Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.

"Nota verilməyib. Sadəcə, məlumat xarakterli yaddaş qeydi daxil olub. Hansı ki, rəsmi diplomatik yazışma hesab olunmur. Bu da Rusiyanın erməni mənşəli vətəndaşlarının Azərbaycan hava limanlarında və ya digər sərhəd keçid məntəqələrində gələcəkdə süni əngəllərlə rastlaşmamaları barədə məlumat xarakterli bir xahişdir".

Qeyd edək ki, son günlər Ermənistan mətbuatı Rusiya XİN-nin bu ölkədəki Azərbaycan səfirliyinə nota təqdim etməsi barədə xəbərlər yayıb.