Birləşmiş Ştatların sutkalıq neft istehsalı rekord səviyyədədir


Dünya 18 Yan 2019 08:59:00 362 0

Birləşmiş Ştatların sutkalıq neft istehsalı rekord səviyyədədir

ABŞ-ın gündəlik xam neft hasilatı artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 200 min barrel artaraq sutkada 11,9 milyon barrel təşkil edib. Bu, ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum - gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.