Avropa Nüvə Tədqiqatları Mərkəzi yeni superkollayder tikəcək


Digərləri 18 Yan 2019 08:34:00 594 0

Avropa Nüvə Tədqiqatları Mərkəzi yeni superkollayder tikəcək

Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Böyük Adron Kollayderindən dörd dəfə böyük və altı dəfə güclü olacaq yeni hissəciklər sürətləndiricisinin tikintisi ilə bağlı planı əks etdirən hesabat təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, texniki hesabatda Gələcək Dövri Kollayder (Future Circular Collider - FCC) üçün bir neçə ilkin layihə təklif olunur. Layihənin dəyəri 9-21 milyard avro arasında dəyişir.