İŞİD Rusiyada baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürüb


Dünya 18 Yan 2019 08:38:00 379 0

İŞİD Rusiyada baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror qruplaşması Rusiyada baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürüb.

Son.az report-a istinadən bildirir ki, bu barədə silahlıların internetdəki aktivliyini izləyən "SITE Intelligence Group" məlumat yayıb.

Qeyd edilir ki, terrorçular tərəfindən nəşr edilən qəzetlərdən biri qruplaşmanın Maqnitoqorsk şəhərində yaşayış binasında, həmçinin bir gün sonra avtobusda törədilən partlayışa görə məsuliyyəti üzərinə götürdüyünü xəbər verib.