Ötən il yüklənilən mobil proqramların 50 faizi...


Digərləri 18 Yan 2019 08:19:00 591 0

Ötən il yüklənilən mobil proqramların 50 faizi...

2018-ci ildə dünyada yüklənilən mobil proqramların sayı 194 milyard təşkil edib. Bu, 2017-ci ildən 35 faiz çoxdur. İstifadəçilərin proqramların alışı üçün xərcləri 75 faiz artaraq 101 milyard dollara çatıb. Bu barədə "App Annie" şirkətinin 2018-ci il üçün dünya mobil əlavələr bazarının vəziyyəti haqqında hesabatında deyilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hesabatda təkcə "App Store" və "Google Play" deyil, eyni zamanda Çinin kənar "Android" proqram mağazaları üzrə statistika nəzərə alınıb. Analitiklərin məlumatına görə, 2018-ci ildə bütün yüklənilən proqramların 50 faizi və istehlak xərclərinin 40 faizi məhz çinlilərin payına düşüb.

Buna baxmayaraq ucuz "Android" sistemli qurğuların üstünlük təşkil etdiyi Çində orta smartfona digər ölkələrlə müqayisədə az əlavə quraşdırılıb. Hesabata görə, çinli 50-dən çox proqramdan istifadə etdiyi halda ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya sakinində bu göstərici 100 təşkil edir.